Kütlə öz içindən çıxan düşünən,
aydınladıcı, həqiqətləri deyən fərdləri qəbul etməyə çox vaxt meyilli
olmur. Bu cür insanları cəmiyyət müxtəlif ittihamlara məruz qoyur, çəkib
öz səviyyəsinə salır, özlərindən biri edənədək dirəşir, əlləşir.
Vaxtaşırı eşitdiyimiz “o kimdiki!?”, “nə vaxtdan yazıçı olub!?”, “hər
kitab oxuyan yazıçı olur!?”, “Özünə filosof deyir, amma heç nə bilmir!”
və s. tipli qarayaxmaların, istehzaların olması elə həmin səbəbə
dayanır.
Sosial nəzəriyyələrlə bu prosesin mahiyyəti, davametmə ardıcıllığı ətraflı öyrənilib, əsas və yan təsirləri müəyyənləşdirilib. Bu, bilinən məsələlərdi. Burda demək istədiyim səbəbin sosialdan daha dərin, daha fundamental əsaslara gedib çıxmasıdı. Ta atom və molekullar səviyyəsində fundamental əsaslara.

Fiziki nəzəriyyələrlə bilinir ki, təbiətdə 3 növ paylanma var:
1. Maksvell-Boltzmann paylanması
2. Bouz-Eynşteyn paylanması və
3. Fermi-Dirak paylanması
Kainatın indiki quruluşu zərrəciklərin bu 3 növ paylanmanda klassifikasiyasından asılıdı. Məsələn, atom və molekullar Maksvell-Boltzmann paylanmasına tabe olub düzənə girirlər, elektronlar və protonlar Fermi-Dirak, işığın özü və “Tanrı parçacığı” Bouz-Eynşteyn paylanmasına uyğun olaraq kainatda düzən formalaşdırırlar. Burdan da görünür ki, 2-ci və 3-cü paylanma daha fundamental zərrəciklərə aiddi. İnsanlar hüceyrələrdən, hüceyrələr də atom və molekullardan ibarət olduqlarına görə 1-ci paylanmanın üstündə dayanmaq yaxşı olar.

Maksvell-Boltzmann paylanması bir ehtimal göstərgəsidir- atom ve
molekulların hansı enerjilərdə, hansı səviyyələrdə düzülüşünün
ehtimalını göstərir. Məsələn, şəkildəki sxemdə qırmızı nöqtələr
atomları, sol tərəfdəki 1-dən 9-a qədər rəqəmlər enerjini göstərir. Üç
fərqli ehtimal halları verilib misal olaraq:
1) Ən soldakı
halda atomlar ən aşağıdadı, 0 səviyyədə, onlardan cəmi 1 dənəsi ən
yuxarı, 9-cu səviyyəyə qalxmağa fürsət tapıb. Bu cür düzülüşün başvermə
hallarının sayı 6-dı.
2) Ortadakı hala baxanda nə görünür? 1
atom 7 səviyyə qət edib yuxarı çıxa bilib, qalanlar elə yenə 1-də, 0-da
fırlanırlar. Bu halın başvermə hallarının sayı 60-dı, birincidən 10 dəfə
çoxdu.
3) Ən sağdakında isə yuxarı səviyyə yoxdu, cəmi 1 atom
orta, 5-ci səviyyəyə güc-bəla çıxıb, qalanlar da aşağı səviyyələrdə ömür
sürürlər. Bu cür düzülüşün başvermə sayı isə ən çoxdu: 180.
Səbəb nədir? Maraqlısı da elə budur. 1-ci halda həmin 1 atom yuxarı,
9-cu enerji səviyyəsinə qalxmaqla digər səviyyəsiz atomların və nəticədə
sistemin ümumi enerjisini artırır. Özlərini tənbəlliyə vuran digər
atomlar buna görə o fərqli atomu sağdakı hallardakı kimi, çəkib aşağı
salır, ümumi enerjini artırmağa qoymurlar, bacardıqca azaltmağa
calışırlar. Elə bu, ümumi enerjinin az, səviyyəsiz halların başvermə
ehtimalı da ən çoxdu.
Toplumları xatırladır. Kütlə, içindən
çıxıb, onu düşünməyə yönləndirən, tənbəllikdən çıxarmağa çalışan aydın
insanı dəyərləndirmir, hər vəchlə bir qulp qoymağa çalışır. Səbəb də
odur ki, həmin fərdlər toplumun enerjisini, səviyyəsini,produktvliyini
artırır. Kütlələr isə elə hey tənbəllik, süstlük, ətalət həvəsindədi.
“Bizi oyatma, tənbəlliyimizə əl vurma, tərpətmə” cavabını verir.
Bütün təbiət də, insan da fiziki zərrəciklərdən ibarətdi. Görünür, atomların qanunları insanların xislətinə qədər işləmişdir.
Bütün təbiət də, insan da fiziki zərrəciklərdən ibarətdi. Görünür, atomların qanunları insanların xislətinə qədər işləmişdir.

No comments:
Post a Comment