Qərbin
elm öncüllüyünün arxasında bir neçə səbəb dayanır. Elm ve araşdırmaq
həvəsi, maliyyə, fond imkanları, azad və rəqabətli mühit və s.. Amma ən
başlıcası fərdlərin insani dəyərlərə verdiyi önəmdi. Saysız nümunəyə
rast gəlmək olar.
Özümün şahidi olduğu bir misal. Elmi işim üçün rəhbər (supervisor) axtardığım ərəfələr idi. Almaniyanın əsas və çoxistiqamətli araşdırma mərkəzləri olan Maks Plank Cəmiyyətində sahəmlə bağlı iş götürmək fikrim vardı. Cəmiyyətə məxsus institutlarının birində bir professorla görüşməmişdən əvvəl web səhifəsini nəzərdən keçirirdim.Haqqında yarım səhifəlik məlumat verilmişdi. Fikirləşdim ki, bu reputasiyasızdan mənə xeyir gəlməz. Səhifəni bağladım.
Bir saat sora məlumum oldu ki, sən demə həmin professor 1985-ci ilin fizika Nobel mükafatçısıdı. Tək başına Kvant Holl Effekti anlayışını ortaya atıb, özü elə eksperimentlə də təsdiqləyib. Bu, klassik fizikadakı Holl Effektinin kvantlanmış forması idi. Fikirləşin ki, kişinin adına universal sabit var: "von Klitzinq constant"-ı.
Sonradan bu Nobel laureatı fizikaçının liderlik etdiyi qrupun üzvlərindən biri məni öz araşdırma bazaları ilə tanış edərkən professorları haqda da danışdı.O deyirdi ki, Prof.Klitzinq pozitiv bir insandı, diskussiyaya və tənqidlərə açıqdı. Qrupun ən aşağı dərəcəli üzvlərinin, tələbələrin belə fikirlərini ciddiyə alıb dəyərləndirir.O qədər təvazökardı ki, kənardan baxan bu adamın Nobel aldığını fikirləşməz.Görünür Nobelçi alim uğurlarına görə insani dəyərlərindən vaz keçib özünü "əlçatmaz", "toxunulmazlar" səviyyəsinə endirməmişdi.
Başqa bir misalı elə bu yaxınlarda, keçən iyun ayında baş verən olayda görmək olar. Tibb üzrə Nobel laureatı Tim Hant (2001) bir konfransda araşdırmaçı qadınlar haqda kiçik bir şikayətini söyləmişdi. Onun bu qismən yanlış, amma çox da böyük olmayan ümumiləşdirməsinə dünyanın müxtəlif institutlarından, labiratoriyalarından elmi işçi qadınlar "seksist bəyanatdı" deyə etirazlarıni bildirməyə başladılar. Etiraz dalğasından Nobelçi alim yenə insani dəyərləri üstün tutaraq səhv etdiyini boynuna alır. Fəxri professoru olduğu məşhur Kollec London Universitetində, habelə prestijli London Royal Cəmiyyətinə iyunun 10-da istefa ərizəsini yazıb ayrılır.

![]() |
| © Tibb üzrə Nobel laureatı Tim Hant |

No comments:
Post a Comment