Neftlə
bağlı gələcəkdə qarşısıalınmaz problemlərin ortaya çıxacağı aydın
məsələdir. Alternativ enerji mənbələrinin əhəmiyyəti artıq həyəcan
siqnalı verməyə başlayıb. Bərpa olunabilən mənbələrin qurulması üçün
ölkədə əlverişli bölgələr var. Məsələn, Kür-Araz ovalığı -Günəş
batareyalarının parkları üçün ideal ərazilərdi. Yay vaxtlarında
dözülməz istisi olan Kürdəmir, Hacıqabul daxil, Yevlaxdan Salyana, Füzulidən
Sabirabada qədər nə qədər istifadə olunmayan, yararsız torpaqlar var
ki, o areallarda kv.km-lərlə Solar parklar qurula bilər.
Günəş batareyaları (hücrələri) fotovoltaik effekti vasitəsilə Günəş enerjisini elektrik enerjisinə çevirə bilən qurğulardı. Hələ ki, ortalama 20% effektivliyə malikdi. Bir müddət özümün də Günəş batareyaları ilə məşğul olan elmi qrupda araşdırma aparmaq fürsətim oldu. Qrupun liderinin də həmmüəllifi olduğu xüsusi lazer skanniq metodu ilə effektivliyi 24%-ə qədər çatan batareyaların sintezinə həmin qrup nail olmuşdu. Hətta keçən həftə Avstraliyadakı bu cür qruplardan birinin artıq effektivliyi 40%-ə çatan hücrə istehsal etməyi haqda elmi məqalə də oxudum. Elmi qrupların bu dərəcə artan rəqabətinə də hökümətlər milyonlar ayırır.
Məsələn, Almaniya kimi günəşli günlərin sayı az olan bir ölkədə hökümət 2030-cu ilə qədər bütün elektrik enerji istehsalının tam yarısını Günəş enerjisi kimi yenilənəbilən mənbələrlə təmin etməyi hədəfləyir. Aşağıdakı şəkildə isə, ABŞ-dakı dünyanın ən böyük Solar parklarından biridi. Yandakı texnikaya baxaraq miqyası özünüz təsəvvür edə bilərsiniz. Tələsmək lazımdı. Dövlət səviyyəsində tələsmək lazımdı.

![]() |
© Desert Sunlight Solar Farm, Kaliforniya, ABŞ |

No comments:
Post a Comment